satellite   Azerspace-1: 11135 H 30000

Tramp ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə Uilyam Poltini təyin edib

Tramp ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə Uilyam Poltini təyin edib

ABŞ Prezidenti Donald Tramp Uilyam Poltinin Milli Kəşfiyyatın direktor vəzifəsini icra edən təyin edildiyini açıqlayıb.

 

ANZ.AZ xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkə hesabında bildirib.

 

"Mən Mənzil Maliyyələşdirməsi üzrə Federal Agentliyin direktoru Uilyam Poltini Milli Kəşfiyyat direktorunun səlahiyyətlərini icra edən vəzifəsinə təyin edirəm. O, ABŞ ilə bağlı ən həssas sahələr - təhlükəsizlik və bazarların dayanıqlılığı məsələlərində böyük təcrübəyə malikdir", - Tramp qeyd edib.

 

Mayın sonunda ABŞ-nin Milli Kəşfiyyat direktoru Tulsi Qabbard həmin vəzifəni tərk etdiyini bildirib. Qabbard bu qərarını həyat yoldaşının ağır xəstəliyi ilə əsaslandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM