satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliyada nəqliyyat, səhiyyə və təhsil işçiləri etiraz tətilinə çıxır

Portuqaliyada nəqliyyat, səhiyyə və təhsil işçiləri etiraz tətilinə çıxır

Portuqaliyada əmək qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərə etiraz olaraq ümumxalq tətili keçiriləcək.

NTV “Euronews” telekanalına istinadla xəbər verir ki, tətil aksiyası ölkənin ən böyük həmkarlar ittifaqı konfederasiyası olan Portuqaliya İşçilərinin Ümumi Konfederasiyası tərəfindən təşkil olunub.

Etirazlara səbəb hökumətin Əmək Məcəlləsinə 100-dən çox dəyişikliyi nəzərdə tutan və artıq Nazirlər Şurası tərəfindən təsdiqlənmiş “Work XXI” adlı islahat paketidir. Tətil çərçivəsində nəqliyyat, səhiyyə, təhsil, dövlət idarəçiliyi və sənaye sahələrində çalışan işçilərin işə çıxmaması gözlənilir. Xüsusilə nəqliyyat sektorunda ciddi məhdudiyyətlərin yaranacağı bildirilir. Paytaxt Lissabon və Porto şəhərlərində metro xidmətlərinin fəaliyyətini dayandıracağı, dəmir yolu reyslərinin ləğv ediləcəyi açıqlanıb.

Yerli medianın məlumatına görə, tətil hava nəqliyyatına da təsir göstərə və yüzlərlə reysin təxirə salınmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, tətil Avropanın bir sıra ölkələrində müşahidə olunan əmək bazarı problemlərini və işçilərin sosial təminatla bağlı narahatlıqlarını əks etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM