satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyanın Riau əyalətində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib

İndoneziyanın Riau əyalətində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib

İndoneziyanın Riau əyalətində meşə və quru sahələrdə baş verən yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

NTV  İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu qərar quraqlıq mövsümündən əvvəl hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə qəbul olunub. Riau Regional Fəlakətlərin İdarə Edilməsi və Yanğından Mühafizə Agentliyinin rəsmisinin sözlərinə görə, fövqəladə vəziyyətin elan olunması mərkəzi, əyalət və yerli qurumlar arasında koordinasiyanı daha da gücləndirəcək.

Eyni zamanda, İndoneziyanın meşə yanğınları ilə mübarizə xidməti olan “Manggala Agni” bölmələri güclü küləyə, quru bitki örtüyü və torf sahələrinin yanğına yüksək həssaslığına görə ərazidəki yanğınların qarşısının alınması istiqamətində işləri davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM