Səudiyyə Ərəbistanının Futbol Federasiyası ABŞ-də yaşayan azarkeşlərinə futbol üzrə Dünya Çempionatının bütün oyunları üçün pulsuz biletlər təqdim edəcək.
NTV xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, Ər-Riyadın qərarı FIFA-nın iyunun 11-də ABŞ, Meksika və Kanadada start götürəcək turnirin bəzi oyunlarına marağın gözləniləndən aşağı olması ilə bağlı narahatlıqları fonunda qəbul edilib. FIFA stadionlarda azarkeş sayını artırmaq məqsədilə pulsuz bilet paylanması təşəbbüsünü dəstəkləyib.
Səudiyyə Ərəbistanı millisinin iyunun 16-da Mayamidə Uruqvaya qarşı keçirəcəyi ilk qrup oyununa biletlərin qiyməti təxminən 3 min ABŞ dollarıdır və həmin oyun üçün xeyli satılmamış bilet qalıb.
Hazırda bilet qiymətlərinin yüksək olması azarkeşlərin turnirə marağına mənfi təsir göstərir. Eyni zamanda, FIFA-nın bilet satışı sistemi ilə bağlı ABŞ-də hüquqi araşdırmalar aparılır.
