satellite   Azerspace-1: 11135 H 30000

Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var

Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var

Myanmanın şimal-şərqində, Çinlə sərhəd yaxınlığında mədən və karxanalarda istifadə olunan partlayıcı maddələrin saxlanıldığı anbarda güclü partlayış baş verib.

NTV xəbər verir ki, hadisə nəticəsində azı 55 nəfər həlak olub, onlarla insan yaralanıb. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Partlayış, həmçinin 100-dən çox yaşayış binasına ciddi zərər vurub.

Hazırda xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirir. Hadisənin dəqiq səbəbi məlum olmasa da, təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi güman edilir.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən üsyançı qruplar maliyyə təminatlarını qiymətli mineralların çıxarılması ilə həyata keçirir və zəif təhlükəsizlik tədbirləri tez-tez mədən çökmələri və digər qəzalarla nəticələnir. Hadisənin baş verdiyi ərazi zəngin yaqut mədənləri ilə məşhurdur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM