satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin vilayətlərində mayın son ongünlüyündə təbii fəlakətlər intensivləşib

Türkiyənin vilayətlərində mayın son ongünlüyündə təbii fəlakətlər intensivləşib

May ayının son ongünlüyündə Türkiyənin müxtəlif vilayətlərində, xüsusən də Tokat, Trabzon, Osmaniye, Giresun, Hatay, Gümüşhane, Niğde, Ərzurum və Afyonkarahisarda güclü yağışlar nəticəsində 110 torpaq sürüşməsi və daşqın baş verib, 67 evə ziyan dəyib. Bununla yanaşı, Hatay, Tokat, Amasiya, Nevşehir, Ordu, Çorum, Konya, Ankara, Eskişehir, Karabük, Adıyaman, Kırşehir, Bursa və digər vilayətlərdə də daşqın və sel hadisələri qeydə alınıb.

Bu barədə NTV Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) məlumatlarına istinadla xəbər verir. Fəlakətlərin nəticələrinin aradan qaldırılması işlərinə polis, jandarma və tibb qrupları ilə yanaşı, ümumilikdə 13.342 AFAD mütəxəssisi, yanğınsöndürən və bələdiyyə xidməti işçisi cəlb edilib.

Fəlakət bölgələrinə 5.656 nəqliyyat vasitəsi və tikinti texnikası səfərbər olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM