satellite   Azerspace-1: 11135 H 30000

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi göndərəcək

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi göndərəcək

Finlandiyanın müdafiə naziri Antti Hakkianen prezident Aleksandr Stubbun Ukraynaya 33-cü hərbi yardım paketinin ötürülməsi barədə qərar verdiyini bəyan edib.

NTV xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Göndərilən silahların və hərbi avadanlıqların dəyəri təxminən 128 milyon avro məbləğində qiymətləndirilir. Paketin tərkibinə həm Finlandiya Silahlı Qüvvələrinin ehtiyatlarından göndərilən tədarüklər, həm də milli müdafiə müəssisələrindən satın alınmış məhsullar daxildir.

Vurğulanıb ki, Finlandiya hazırkı mərhələyə qədər Ukraynaya ümumilikdə 3,4 milyard avro məbləğində müdafiə məhsulları ötürüb.

"Finlandiya Ukraynaya lazım olduğu müddətcə dəstək verməyi öhdəsinə götürür. Bu həmçinin Finlandiyanın müdafiə-sənaye bazasını gücləndirir. Bu dəstək paketləri sayəsində onlarla fin şirkəti artıq öz məhsullarının ən çətin şəraitdə funksionallığını nümayiş etdirə bilib", - A. Hakkanen bildirib.

Qeyd olunub ki, əməliyyat təhlükəsizliyi mülahizələrindən və yardımın etibarlı çatdırılmasını təmin etmək məqsədilə paketin ətraflı tərkibi, daşınma marşrutları və ötürmə müddətləri açıqlanmır. Paketin formalaşdırılması zamanı həm Ukrayna tərəfinin sorğuları, həm də Finlandiya SQ-nin resurs vəziyyəti nəzərə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM