satellite   Azerspace-1: 11135 H 30000

Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb

Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistan Avropa İttifaqı (Aİ) standartlarına keçidə başlayacağı halda, ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə inteqrasiya prosesləri faktiki olaraq dayandırıla bilər.

 

NTV-nin yerli mediaya istinadən məlumatına görə, Rusiya lideri bunu jurnalistlərə müsahibəsində deyib.

 

Putinin sözlərinə görə, Moskva Aİİ çərçivəsində İrəvanla iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə azaltmalı olacaq, çünki bu, inteqrasiyanın əsas istiqamətlərinə təsir göstərəcək.

 

O qeyd edib ki, enerji daşıyıcılarına tətbiq edilən güzəştlər Ermənistanın ittifaqa üzvlüyünün yeganə üstünlüyü deyil. Putin həmçinin Rusiya kapitalının ölkə iqtisadiyyatındakı mühüm rolunu vurğulayaraq onun payının 86 %-dən çox olduğunu bildirib.

 

Putin həmçinin əlavə edib ki, Ermənistanın Aİİ-dən mümkün çıxışı zamanı dəmir yolu daşımalarının tarifləri Rusiya daxili səviyyəsinə gətiriləcək, Ermənistan vətəndaşları üçün isə xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan ümumi miqrasiya qaydaları qüvvəyə minəcək.

 

Bundan başqa, Rusiya Prezidenti mümkün iqtisadi nəticələr barədə xəbərdarlıq edərək bildirib ki, enerji daşıyıcılarının qiymətləri dəyişəcəyi halda, Ermənistan ÜDM-in təxminən 14 %-ni itirmək təhlükəsi ilə üzləşə bilər.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM