Vaşinqton və Tehran İranın nüvə proqramına aid çoxsaylı məsələlər üzrə razılığa gəlib.
NTV xəbər verir, bu barədə "Al-Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İran həmçinin nüvə obyektlərinin sökülməsinin qarşısını almaq üçün onlar üzərində beynəlxalq nəzarətə razılıq verib.
Tehran eyni zamanda zənginləşdirilmiş uranı ABŞ ötürməmək öhdəliyi ilə Çinə vermək istəyir.
