satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan şirkətləri üçün İtaliya texnologiyaları və avadanlığına çıxış asanlaşdırılacaq

Azərbaycan şirkətləri üçün İtaliya texnologiyaları və avadanlığına çıxış asanlaşdırılacaq

İtaliyanın Dövlət İxrac-Kredit Agentliyi (SACE) ilə Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) arasında Azərbaycan şirkətlərinin İtaliya istehsalı olan avadanlıqlara, texnologiyalara, xidmətlərə və nou-hauların əldə etməsi məqsədilə maliyyə həllərinə çıxışın sadələşdirilməsini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.

NTV SACE-yə istinadən xəbər verir ki, sənədi agentliyin icraçı direktoru Mikele Pinotti və fondun idarə heyətinin sədri Ülvi Mansurov imzalayıb.

Əldə olunan razılaşma İtaliya ixracatçılarının, təchizatçılarının, podratçılarının, texnoloji tərəfdaşlarının və maliyyə qurumlarının cəlb edilməsi ilə yeni investisiya layihələrinin həyata keçirilməsinin dəstəklənməsinə istiqamətlənib.

Bu tərəfdaşlıq çərçivəsində SACE və Azərbaycan Biznesin İnkişafı Fondu ixrac kreditləşməsi, zəmanət verilməsi, sığorta və maliyyə dəstəyi istiqamətlərində SACE-nin alətlərindən daha geniş və əlçatan şəkildə istifadənin təmin olunması üzrə birgə fəaliyyət göstərməyi planlaşdırır. Eyni zamanda tərəflər İtaliya və Azərbaycan şirkətləri, banklar və yerli qurumlar arasında yeni əlaqələrin formalaşdırılmasına, eləcə də biznes tərəfdaşlarının tapılması istiqamətində tədbirlərin təşkil edilməsinə kömək etməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM