satellite   Azerspace-1: 11135 H 30000

Afrikadan qayıdan Avstriya sakini "Ebola" simptomları ilə xəstəxanaya yerləşdirilib

Afrikadan qayıdan Avstriya sakini "Ebola" simptomları ilə xəstəxanaya yerləşdirilib

Uqandadan Avstriyaya gələn turist "Ebola" simptomları ilə xəstəxanaya yerləşdirilib.

NTV xəbər verir ki, bu barədə "Kronen Zeitung" qəzeti Avstriya Dövlət Səhiyyə İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.

"Dünən Urfahr-Umgebung rayonunun sakini xəstəliyin simptomları səbəbindən stasionar müayinə üçün xəstəxanaya yerləşdirilib. Bu şəxs Uqandadan qayıtdığı üçün təcrid olunub və tibbi tövsiyələrə uyğun olaraq müalicə alır", - deyə açıqlamada bildirilib.

Əgər həkimlər turistdə Ebola virusu aşkarlandığını təsdiqləsələr, bu, hazırkı epidemiya dövründə Avropada virusa ilk yoluxma halı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM