satellite   Azerspace-1: 11135 H 30000

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

NTV xəbər verir ki, türk siyasətçinin sosial media paylaşımında iki qardaş xalqın “güc mənbəyi” olan ortaq tarixi əlaqələr və mədəniyyət vurğulanıb.

Türkiyənin vitse-prezidenti təbrik mesajında bildirib: “Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq hər gün daha da güclənir, sülhə, sabitliyə və regionun ortaq gələcəyinə töhfə verir. “Bir millət, iki dövlət” prinsipi ilə səciyyələndirilən ölkələrimiz arasındakı həmrəyliyin əbədi olmasını arzulayıram. Belə bir əlamətdar gündə mən də azərbaycanlı qardaş və bacılarımı mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, dost və qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM