Şimali Kiprin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
NTV xəbər veir ki, XİN təbrik mesajını "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
"Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırır, qardaş və dost Azərbaycan xalqına firavanlıq və rifah arzulayırıq", - deyə paylaşımda qeyd edilib.
