satellite   Azerspace-1: 11135 H 30000

ANP: Niderland və Almaniya Estoniyada NATO-nun taktiki qərargahını yaradacaq

ANP: Niderland və Almaniya Estoniyada NATO-nun taktiki qərargahını yaradacaq

Niderland və Almaniya NATO-nun Baltik regionunda alyansın əməliyyatlarını əlaqələndirəcək taktiki komandanlıq mərkəzinin yaradılması üçün Estoniyaya onlarla hərbçi göndərməyi planlaşdırır.

NTV xəbər verir ki, bu barədə ANP agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Birinci Alman-Niderland Ordu Korpusunun (1GNC) qərargahının Estoniyada yerləşdirilməsindən gedir. Bu qərargah əvvəllər daimi bazası Almaniyanın Münster şəhərində saxlanılmaqla, NATO-nun sərəncamına verilib.

Qeyd olunur ki, hazırda Baltikyanı ölkələr Polşadakı NATO komandanlıq strukturunun idarəsi altındadır, lakin yeni qərargahın yaradılması regionda böhran vəziyyəti yarandığı halda alyansın reaksiyasını sürətləndirməlidir.

Layihəyə artıq 14 ölkə qoşulub. Yeni komandanlıq mərkəzi minlərlə hərbçinin iştirakı ilə əməliyyatları əlaqələndirə biləcək.

Bundan əlavə, Niderland hakimiyyəti Avropada mümkün münaqişəyə hazırlığı gücləndirmək niyyətindədir. Xüsusilə, ölkənin Müdafiə Nazirliyi Latviyada pilotsuz uçuş aparatlarının istifadəsi ilə genişmiqyaslı təlimlər keçirməyi və sayı 1,2 min nəfərə çatan dron operatorlarının xüsusi bölmələrini formalaşdırmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM