Qazaxıstanda "An-2" təyyarəsi qəzaya uğrayıb, 1 nəfər ölüb.
NTV xəbər verir ki, bu barədə "Kazinform" Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, qəza bu gün, mayın 27-də Pavlodar vilayətinin Jelezinka kəndi yaxınlığında baş verib.
Qeyd olunub ki, qəzaya uğrayan təyyarə "Yüngül və ultrayüngül aviasiya istismarçıları" müəssisəsi tərəfindən istismar edilən "An-2" təyyarəsidir. Təyyarə ilə aviasiya-kimyəvi işlər yerinə yetirilirdi.
İlkin məlumata görə, təyyarə elektrik ötürücü xətlərə toxunub.
Göyərtədə 2 nəfər olub, onlardan biri qəza nəticəsində ölüb. İkinci pilotu xilasetmə işçiləri çıxarıblar, o sağdır.
