satellite   Azerspace-1: 11135 H 30000

Şərif Ərdoğanla regional məsələləri müzakirə edib

Şərif Ərdoğanla regional məsələləri müzakirə edib

Pakistanın Baş naziri Şahbaz Şərif və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını və gündəlikdə duran regional məsələləri müzakirə ediblər.

NTV xəbər verir ki, bu barədə Ş. Şərif "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, söhbət səmimi və dostluq şəraitində keçib. Tərəflər Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, Pakistan və Türkiyə arasında tarixi və uzunmüddətli münasibətlərin möhkəmliyini bir daha təsdiqləyiblər.

"Biz ticarət, investisiya və regional əlaqəlilik sahələrində əməkdaşlığın sürətləndirilməsi, həmçinin regionda sülh, sabitlik və dialoq məsələlərində sıx koordinasiyanın davam etdirilməsi barədə razılığa gəldik. Prezident Ərdoğana Pakistanın rəhbərliyi ilə həyata keçirilən sülh təşəbbüslərinə göstərdiyi davamlı dəstəyə görə təşəkkür etdim və Bəlucistanda baş vermiş faciəvi terror hücumundan sonra bizimlə nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdim", - o yazıb.

Tərəflər həmçinin terrorizmə qarşı birgə mübarizəyə, regionda sülhün, sabitliyin və inkişafın möhkəmləndirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM