satellite   Azerspace-1: 11135 H 30000

Frank-Valter Ştaynmayer: Almaniya Azərbaycanla münasibətləri daha da genişləndirməkdə maraqlıdır

Frank-Valter Ştaynmayer: Almaniya Azərbaycanla münasibətləri daha da genişləndirməkdə maraqlıdır

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bir neçə həftə əvvəl telefon danışığımız zamanı qeyd etdiyim kimi, Almaniya ikitərəfli münasibətləri daha da genişləndirməkdə olduqca maraqlıdır. Çoxsaylı həll olunmamış münaqişələr, getdikcə sürətlənən iqlim dəyişikliyi və yeni geosiyasi gərginliklərlə səciyyələnən bu dövrdə biz birlikdə mühüm çağırışlarla üzləşirik.

Bu baxımdan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş xüsusilə ruhlandırıcıdır. Sizin regionda qalıcı sülhün bərqərar olması yolundakı səylərinizin tezliklə davamlı uğur qazanmasını arzu edirəm.

Azərbaycan xalqını milli bayram münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə ən səmimi arzularımı çatdırıram".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM