satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Baş nazirinin Çinə səfəri ikitərəfli əlaqələrin güclənməsinə təkan verib

Pakistan Baş nazirinin Çinə səfəri ikitərəfli əlaqələrin güclənməsinə təkan verib

Pakistanın Baş naziri Şahbaz Şərifin Çinə səfəri ikitərəfli əlaqələrin güclənməsinə təkan verib. NTV  “Dawn” nəşrinə istinadla xəbər verir ki, bu barədə rəsmi İslamabad məlumat yayıb.

Qeyd olunub ki, Şahbaz Şərifin Pekinə səfərinin yekununa dair ölkələrin yaydığı birgə bəyanata görə, Çin və Pakistan strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı yeni geniş konsensusa nail olub.

Pakistan XİN tərəfindən “X” sosial platformasında paylaşılan bəyanatda deyilir: “Tərəflər səmimi şəkildə müzakirələr aparıblar və Çin-Pakistanın hər zaman mövcud olan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə yeni geniş konsensusa çatıblar”.

Bəyanatda deyilir ki, diplomatik münasibətlərin 75 ili ərzində bu dostluq beynəlxalq və regional vəziyyətlərin inkişafından asılı olmayaraq möhkəm qalıb, iki ölkə bir-birinə daim etibar edib, dəstəkləyib. “Dünyanın dərin dəyişikliklərə məruz qaldığı bir vaxtda tərəfdaşlıq daha da strateji əhəmiyyət və aktuallıq qazanıb. Çin və Pakistan yeni dövrdə ortaq gələcəyə malik daha sıx münasibətlər qurmaq üçün sürətlə hərəkət edəcəklər ki, bu da Çini və qonşu ölkələri birləşdirən ortaq gələcəyə malik icma qurmaq səylərinə nümunə olacaq”, - deyə Pakistan XİN vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM