ABŞ və Rusiya prezidentlərinin Çinə səfərləri və qlobal problemlərin müzakirəsi də dünya bazarında neftin qiymətinə əsaslı təsir göstərmədi. Müharibə başlayan zaman Hörmüz boğazını bağlayaraq dünya enerji bazarını gərginlikdə saxlayan indi özü boğazın bağlı qalmasından əziyyət çəkir.
NTV xəbər verir ki, ABŞ Hörmüz boğazını hərbi gəmilər vasitəsilə təkrar bağlı saxlamaqla yanaşı, İranın bütün dəniz limanlarını da blokadada saxlayıb ki, bu da ona dünya bazarına neft çıxarmağa imkan vermir. Artıq İranda benzin çatışmazlığı yaranıb.
İran Çinə və Hindistana neft sata bilmir. ABŞ-nin özündə də neft ehtiyatları sürətlə azalır və rəsmi Vaşinqton bunu nəzərə alaraq ixracı tədricən məhdudlaşdırır ki, ölkədə yanacağın qiymətləri artmasın. Bu iki amil dünya bazarında neft kəsiri yaradır ki, bu da bazarın tələb və təklif prinsipinə uyğun olaraq qiymətə təsir edir.
Yaxın Şərq ölkələri artıq 3 aydır ki, dünya bazarına neft çıxara bilmir. Bundan istifadə edək ABŞ bazardakı defisiti doldurmaq və baha qiymətə neft satmaq üçün külli miqdarda ehtiyat neftini bazara çıxarıb. Hörmüzün bağlı qalması ABŞ-nin iqtisadi maraqlarına cavab verir. Ona görə də İranın ardınca ABŞ də Hörmüzü təkrar blokadaya aldı və bazara rəqabətsiz neft ixrac etdi. Hazırda İran Hörmüzün açılması üçün ABŞ-yə təklif edir ki, müharibədə vurduğu zərərə görə kompensasiya ödəsin. Bunun əvəzində isə boğazın açılmasını və limanların fəaliyyətə başlamasını təklif edir.
İran ilə ABŞ arasında Pakistan vasitəsilə aparılan danışıqların müəyyən məqamları açıqlansa da boğazın taleyi barəsində bir söz deyilmir. Danışıqların necə başa çatacağını zaman göstərəcək.
“Bloomberg” ekspertlərin rəyinə əsaslanaraq yazır ki, yaxın 12 ay ərzində neftin qiyməti 81-100 dollar arasında dəyişəcək. ABŞ 2027-ci ildə neft hasilatını sutkada 14,1 milyon barelə çatdıracaq. Lakin bu həcmin hamısı ixrac edilməyəcək. İlk növbədə daxili tələbat ödəniləcək və ehtiyatların yeri doldurulacaq. Məhz bundan sonra qalan neft ixrac ediləcək. Bu isə onu deməyə əsas verir ki, bazarda yenə də tələb təklifdən çox olacaq və bu da neftin qiymətini yüksək həddə saxlayacaq.
Ağ Ev açıqlama yayaraq müharibənin dayanması üçün şərtlərini açıqlayıb. Prezident Donald Tramp İranın Hörmüz boğazını açacağı təqdirdə sanksiyaları yumşaldacağını və İrana dünya bazarına neft çıxarmasına icazə verəcəyini bildirib. Bu xəbərin açıqlanması qiymətlərin daha da yüksəlməsinin qarşısını müvəqqəti olaraq alıb.
