satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

Biz Azərbaycan tərəfi ilə danışıqlara iki dövlət arasında standart dialoq kimi deyil, ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq. Hər yerdə ideal şəraitimiz var, hər iki tərəfin maraqları bərabər şəkildə nəzərə alınır. Bu, həm qaz və elektrik enerjisinin idxalına, həm də tranzitinə, eləcə də Bakı-Tbilisi-Supsa boru kəmərinin fəaliyyətinə aiddir.

NTV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Supsa boru kəmərinin bağlanması nəticəsində dövlət on milyonlarla lari potensial gəlir itirirdi və əməliyyatlar bərpa edildikdən sonra müvafiq gəlirlər büdcəyə daxil ediləcək.

“Bilirsiniz ki, Şahdənizdən qazın zəmanətli şəkildə alınması da daxil olmaqla, üç əsas müqavilə sahəmiz var və əlavə iki müqavilə də mövcuddur. Ümumilikdə həcm zəmanəti artırılıb. Yəni imzalanmış müqavilə əsasında zəmanətli həcmlərdən daha çox zəmanət aldıq”, - deyə Kobaxidze bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM