satellite   Azerspace-1: 11135 H 30000

Fransada Yelisey sarayında axtarış aparılıb

Fransada Yelisey sarayında axtarış aparılıb

Fransada “Pantheon” abidəsində təşkil olunan rəsmi anım mərasimləri ilə bağlı dövlət tenderləri üzrə aparılan istintaq çərçivəsində Yelisey sarayının bir neçə ofisində axtarış əməliyyatları həyata keçirilib.

NTV xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Bildirildiyinə görə, istintaq dövlət müqavilələrinin verilməsi prosesində Milli Abidələr Mərkəzinin rolunu araşdırır.

"Le Monde”un yazdığına əsasən, son illərdə bir sıra rəsmi tədbirlərin təşkilini həyata keçirmiş “Shortcut Events” şirkətinin həmin tenderləri təkrar əldə etməsi araşdırmanın mərkəzində yer alır.

İstintaq çərçivəsində dövlət satınalmalarının qanunauyğunluğu və müqavilələrin hansı şərtlərlə bağlandığı araşdırılır.

Fransa Prezident Administrasiyası məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM