satellite   Azerspace-1: 11135 H 30000

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Sudanın Qərbi Kordofan vilayətində azı 75 nəfər xoleradan ölüb, 120-dən çox insan isə xəstəliyə yoluxub.

NTV yerli mediaya istinadla xəbər verir ki, virus Fuca, əl-Kəbərə, əl-Qussa və ər-Rəqiq və Liqava rayonlarında yayılıb.

Məlumata görə, şəhərdəki tibb müəssisələri artan xəstə sayını qəbul etməkdə çətinlik çəkir. Bildirilir ki, hər bir xəstənin müalicəsində çoxlu miqdarda venadaxili məhlullara ehtiyacı var. Lakin tibbi ləvazimat və personal çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.

Xatırladaq ki, Sudan 2023-cü ilin aprel ayından etibarən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən silahlı qarşıdurma səbəbindən ağır humanitar böhran yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM