satellite   Azerspace-1: 11135 H 30000

Media: Tramp Venesuela ssenarisini Kubada təkrarlamaq istəyir

Media: Tramp Venesuela ssenarisini Kubada təkrarlamaq istəyir

Vaşinqtonun Kuba inqilabının liderlərindən biri olan Raul Kastroya qarşı ittihamı ABŞ Prezidenti Donald Trampın Venesuela ssenarisini bu ölkədə də təkrarlamaq istədiyinə işarədir.

NTV xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal” nəşri çıxış edib. Qəzet yazır ki, Birləşmiş Ştatların xüsusi təyinatlıları Venesuelaya girərək Nikolas Maduronu narkotik qaçaqmalçılığı ittihamları ilə həbs etdikdən sonra Tramp bu strategiyanı güc tətbiqi üçün bir model kimi göstərib. Maduronun varisi Delsi Rodriges ABŞ-nin tələblərini yerinə yetirib və Ağ Ev rəhbəri oxşar ssenarinin Kubada da təkrarlana biləcəyinə işarə edib.

Nəşrin məlumatına görə, Vaşinqton indi də Kuba hakimiyyətini devirməyə kömək edəcək bir razılaşmaya nail olmaq ümidi ilə ada hökumətinə yaxın insanları axtarır. Bu axtarışı "Kuba Delsisi" adlandıran Tramp administrasiyasının nümayəndələri Venesuelanın müvəqqəti liderinin sıx əməkdaşlığını tərifləməkdə davam edirlər.

“Prezident Tramp Raula çox aydın bir mesaj göndərir: Maduroya baxın. Əgər onun indiki vəziyyətinə düşmək istəmirsinizsə, onda gedin. Venesuelada belə oldu. İnanıram ki, bu, Kubada da baş verəcək”, - Nümayəndələr Palatasının üzvü Mariya Elvira Salazar belə deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM