satellite   Azerspace-1: 11135 H 30000

BMT rəsmisi: İnsan təhlükəsizliyi şəhər problemlərinə qarşı vahid yanaşma formalaşdırır

BMT rəsmisi: İnsan təhlükəsizliyi şəhər problemlərinə qarşı vahid yanaşma formalaşdırır

İnsan təhlükəsizliyi yanaşması şəhərlərdə mənzil, təhlükəsizlik, iqlim dayanıqlığı, sosial müdafiə, insan hüquqları və gender bərabərliyini vahid çərçivədə birləşdirir.

NTV xəbər verir ki, bunu BMT-nin İnsan Təhlükəsizliyi Bölməsinin proqram idarəetməsi üzrə mütəxəssisi Kana Kudo Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İnteqrasiya olunmuş şəhər həlləri və mənzil üçün insan təhlükəsizliyindən istifadə – BMT-nin birgə fəaliyyətindən dərslər” mövzusunda tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, sürətli urbanizasiya, bərabərsizlik, iqlim təzyiqləri və sosial parçalanma şəraitində şəhər problemlərinə yalnız ayrı-ayrı sektorlar üzrə yanaşmaq artıq kifayət etmir. Onun sözlərinə görə, insanların ehtiyacları bir-biri ilə əlaqəli təhlükəsizlik problemlərinin təsiri altında formalaşır və buna görə də cavab mexanizmləri inteqrasiya olunmuş şəkildə hazırlanmalıdır.

Kana Kudo qeyd edib ki, xüsusilə həssas və qeyri-rəsmi yaşayış məkanlarında yaşayan insanlar adekvat mənzilə, əsas xidmətlərə, təhlükəsiz mühitə və sosial inklüzivliyə ehtiyac duyurlar. BMT rəsmisi insan təhlükəsizliyi yanaşmasının yalnız insanları təhlükələrdən qorumağı deyil, həm də onları öz gələcəklərinin formalaşdırılmasında fəal iştirakçılara çevirməyi hədəflədiyini diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM