satellite   Azerspace-1: 11135 H 30000

İnti Munoz: Meksika dünyanın ən böyük və ən zəngin tarixi məhəllələrindən birinə sahibdir

İnti Munoz: Meksika dünyanın ən böyük və ən zəngin tarixi məhəllələrindən birinə sahibdir

Meksika dünyanın ən böyük və ən zəngin tarixi məhəllələrindən birinə sahibdir. Bu şəhərin tarixi təbəqələri arasında Astek dövrünün şəhər strukturları və İspan müstəmləkə irsi xüsusi yer tutur.

NTV xəbər verir ki, bu fikirləri Mexiko şəhərinin mənzil təsərrüfatı naziri İnti Munoz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən panel sessiya zamanı deyib.

O qeyd edib ki, şəhərin yenilənməsi və inkişafı prosesində bu tarixi çoxqatlılıq diqqətlə qorunmağa çalışılır. “Meksika şəhərinə gələn ziyarətçilər üçün bu tarixi irs böyük əhəmiyyət daşıyır və şəhərin mədəni kimliyinin əsas hissəsini təşkil edir. Son illərdə Meksika şəhərinə turist axını və ümumi şəhər həyatı intensiv şəkildə artmışdır”, - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM