Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Pekində hərtərəfli strateji koordinasiyanın daha da gücləndirilməsi, iki ölkə arasında qonşuluq münasibətlərinin dərinləşdirilməsi barədə birgə bəyanat imzalayıblar.
NTV xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Onların iştirakı ilə həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb.
Si Cinpin iki ölkə arasında ticarət dövriyyəsinin ardıcıl üçüncü ildir ki, 200 milyard dollar səviyyəsini keçdiyini bəyan edib. Rusiya və Çin arasında əmtəə dövriyyəsi yanvar-aprel aylarında təxminən 20 % artıb.
