satellite   Azerspace-1: 11135 H 30000

Media: Suriyanın şimalında Türkiyə Hərbi Hava Qüvvələrinin vurduğu SU-24M təyyarəsinin qalıqları 11 ildən sonra tapılıb

Media: Suriyanın şimalında Türkiyə Hərbi Hava Qüvvələrinin vurduğu SU-24M təyyarəsinin qalıqları 11 ildən sonra tapılıb

“Türkiye” qəzeti 2015-ci il noyabrın 24-də Türkiyənin hava məkanını pozduqdan sonra vurulan Rusiyaya məxsus SU-24M təyyarəsinin gövdə və qanad hissələrinin fotolarını yayımlayıb.

NTV xəbər verir ki, cəbhə bombardmançısı Suriyanın Türkmən dağları bölgəsinə zərbələr endirərkən Türkiyənin hava məkanını pozduğu üçün bu ölkəyə məxsus iki F-16 qırıcısı tərəfindən vurulub.

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, Rusiya pilotları beş dəqiqə ərzində onlara edilən on xəbərdarlığa məhəl qoymayıb və dövlət sərhədinin pozulmasını dayandırmayıb. Nəticədə pilotlardan biri həlak olub, digəri isə sağ qalıb.

Təyyarənin qalıqlarını 11 il ərzində tapmaq mümkün olmayıb.

Qəzet Suriyanın Cəbəl dağı yaxınlığındakı Fırınlık bölgəsində tapılan SU-24 qırıcısının qalıqlarının fotolarını təqdim edib. “Həmin yerə yalnız bir neçə saat piyada getdikdən sonra çatmaq mümkün olub”, - deyə qəzet yazır və xatırladır ki, cavab tədbiri olaraq Rusiya aviasiyası Türkməndağı bölgəsini intensiv şəkildə bombardman edib.

“Qəsdin qalıqları! Türkiyənin vurduğu Rusiya təyyarəsinin ilk görüntüləri” sərlövhəli məqalədə Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan generalı Hüseyn Fəzlin fikirlərinə də yer verilib.

“Hava məkanını pozan təyyarənin vurulması regionun reallıqları və bunun doğura biləcəyi nəticələr baxımından hər zaman çətin qərardır. Qərarı qəbul edən şəxslər siyasətçilər olsa da, unutmaq olmaz ki, həmin dövrdə Türkiyə Silahlı Qüvvələrinin sıralarında Fətullah Gülənin terror təşkilatı olan FETÖ-nün tərəfdarları da az deyildi. Şəxsi fikrimcə, bu məsələni Rusiya təyyarəsini vurmadan da həll etmək mümkün idi”, - deyə H.Fəzl bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM