satellite   Azerspace-1: 11135 H 30000

Pərviz Şahbazov: Biz irimiqyaslı enerji dəhlizi layihələrini həyata keçiririk

Pərviz Şahbazov: Biz irimiqyaslı enerji dəhlizi layihələrini həyata keçiririk

Bu gün şəhərlər qlobal enerji istehlakının təxminən 70 faizini və istixana qazı emissiyalarının əhəmiyyətli hissəsini təşkil edir.

NTV xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu məsələlər inkişaf etməkdə olan ölkələr üçün vacibdir.

“İnkişaf etməkdə olan ölkələr kimi bizim sürətlə böyüyən şəhərlərimiz və əhəmiyyətli bərpaolunan enerji potensialımız var. Bu potensialı reallaşdırmaq həm enerji keçidi, həm də inkişaf çağırışları ilə daha yaxşı uyğunlaşma tələb edir. Azərbaycan öz enerji gündəliyini strateji prioritet kimi müəyyən edib. Biz irimiqyaslı enerji dəhlizi layihələrini həyata keçirir, “yaşıl enerji zona”larını inkişaf etdirir, enerji səmərəliliyini artırır və öz sistemlərimizi qururuq”,- deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM