satellite   Azerspace-1: 11135 H 30000

Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib

Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib

Təyyarələrin gəlişi və uçuşuna müvəqqəti hava məhdudiyyətləri səbəbindən Rusiyanın Pulkovo aeroportunda on iki reys təxirə salınıb, daha üçü isə ləğv edilib.

NTV TASS-a istinadla xəbər verir ki, Sankt-Peterburqdakı Pulkovo aeroportunu idarə edən “Northern Capital Gateway” şirkətinin mətbuat xidmətinin saat 12:00-a olan məlumatına görə, 12 reys iki saatdan çox gecikib və üç uçuş ləğv edilib.

Pulkovo aeroportu, həmçinin doqquz reysin alternativ aerodromlara yönləndirildiyini açıqlayıb. Daşkənddən Sankt-Peterburqa uçan Özbəkistan Hava Yollarına məxsus təyyarə Moskvanın Vnukovo Hava Limanındakı alternativ aerodroma yönləndirilib.

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) PUA hücumları təhlükəsi səbəbindən təyyarələrin gəlişi və uçuşuna hava məhdudiyyətlərinin tətbiq olunduğunu elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM