satellite   Azerspace-1: 11135 H 30000

Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb

Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb

Misirdə silahlı şəxs yoldan keçənlərə atəş açaraq səkkiz nəfəri qətlə yetirib. Həmin şəxs sonra polis tərəfindən öldürülüb.

NTV  xəbər verir ki, Misir Daxili İşlər Nazirliyi Qahirədən təxminən 300 kilometr cənubda yerləşən Asyut qubernatorluğunun Abnub şəhərində baş verən atışmada daha beş nəfərin yaralandığını bildirib.

Əldə edilən məlumata görə, silahlı şəxs bazar ertəsi axşamı avtovağzalda yoldan keçənlərə atəş açıb. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun izinə düşərək əkin sahəsində yaxalayıblar. Ehtimal olunur ki, həmin şəxs orada polislə atışmada öldürülüb.

Nazirliyin məlumatına görə, silahlı şəxs bir müddətdir psixoloji problemlərdən əziyyət çəkirdi və Qahirədəki psixiatriya xəstəxanasında müalicə alırdı. İnsidentlə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM