satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan azərbaycanlı da daxil 62 əcnəbini deportasiya edib

Gürcüstan azərbaycanlı da daxil 62 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan 62 xarici vətəndaş deportasiya olunub.

NTV xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar Miqrasiya Departamentinin əməkdaşları tərəfindən DİN-in digər aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Deportasiya edilən şəxslər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, Cənubi Afrika, Sudan, İordaniya və Filippin vətəndaşları da var.

Bildirilib ki, həmin şəxslər Gürcüstanda miqrasiya qaydalarını pozduqları üçün ölkədən çıxarılıblar. Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM