satellite   Azerspace-1: 11135 H 30000

Media: 50 milyon amerikalı fırtına və tornado təhlükəsinə məruz qalıb

Media: 50 milyon amerikalı fırtına və tornado təhlükəsinə məruz qalıb

Dünən təxminən 50 milyon amerikalı ildırım və tornado ilə müşayiət olunan kəskin hava şəraitinə məruz qalıb.

NTV xəbər verir ki, ABC telekanalının məlumatına görə, Ayova, Kanzas, Minnesota və Nebraska ştatlarında azı 20 tornado qeydə alınıb. Fırtına nəticəsində bir neçə ev dağılıb. Hələlik ölüm və ya xəsarət halları barədə məlumat yoxdur.

Bundan əlavə, həmin ştatlarda və daha bir neçə digər ştatda güclü küləklərlə müşayiət olunan ildırımlı hava müşahidə edilib.

Bu gün, həmçinin Texasın cənubundan ABŞ-ın şərq sahilindəki Vermonta qədər şiddətli ildırım çaxmaları və tornado gözlənilir. Kanzas, Missuri və Nebraska sakinlərinə mümkün daşqınlar barədə xəbərdarlıq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM