satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada su kəmərindəki qəza səbəbindən bir sıra məktəblər distant təhsilə keçəcək

Rusiyada su kəmərindəki qəza səbəbindən bir sıra məktəblər distant təhsilə keçəcək

Voronejdə (Rusiya) bir neçə məktəb Kominternovski rayonunda su kəmərində baş vermiş qəza səbəbindən distant təhsil rejiminə keçəcək. Uşaq bağçaları fəaliyyət göstərməyəcək.

NTV  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Petrin bildirib.

"Suyu kəsilən məktəblər bu gün distant rejimdə, bağçalar isə istirahət günü rejimində fəaliyyət göstərəcək. Siyahını təhsil və gənclər siyasəti idarəsi tərtib edir", - o deyib.

Bu, Voronejin Kominternovski rayonunda son iki həftə ərzində su kəmərində baş verən ikinci sızmadır. Əvvəlki qəza Antonov-Ovseyenko küçəsində baş vermiş və 250-dən çox evi əhatə etmişdi. Boru kəmərindəki bugünkü qırılma 280 çoxmənzilli və 3,5 minə yaxın fərdi evin sakinlərinə soyuq suyun verilməsində fasilələrə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM