satellite   Azerspace-1: 11135 H 30000

“Bild”: “Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

“Bild”: “Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” Berlində yerləşən bütün avtosalonlarını “Alpha Auto Group” şirkətinin rəhbəri, kanadalı sahibkar Kuldip Billaya satıb.

NTV xəbər verir ki, bu barədə “Bild” qəzeti biznes dairələrindəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniyanın paytaxtında fəaliyyət göstərən və ümumilikdə 1500-ə yaxın əməkdaşın çalışdığı yeddi filialın gələcəyi qeyri-müəyyən olaraq qalır. Nəşr bildirir ki, “Mercedes-Benz” digər şəhərlərdə — Hamburq, Münxen və Reyn-Rur bölgəsində yerləşən diler mərkəzlərini də satmağı planlaşdırır. Bu isə ümumilikdə 8 minədək iş yerinin risk altına düşməsi ilə nəticələnə bilər.

Berlindəki salonların əməkdaşlarına müqavilə ilə bağlı məlumat elektron poçt vasitəsilə göndərilib. İşçilərə pul kompensasiyası almaq və ya yalnız bir illik iş zəmanəti ilə razılaşmaq variantları təklif olunub. Mövcud əmək müqavilələrinin ləğv edilərək yenilərinin imzalanacağı bildirilsə də, yeni sahibin əməkhaqqı və sosial təminatla bağlı şərtlərə necə əməl edəcəyi hələ məlum deyil.

“Bild” qeyd edib ki, Berlin üzrə “Mercedes-Benz” dilerlərinin əməkdaşları son iki il ərzində satış prosesinin qarşısını almağa çalışsalar da, onların səyləri nəticəsiz qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM