satellite   Azerspace-1: 11135 H 30000

"Haber Global" Azərbaycanın TDT-dəki rolu ilə bağlı süjet hazırlayıb - VİDEO

"Haber Global" Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) rolu ilə bağlı süjet hazırlayıb.

NTV xəbər verir ki, videomaterialda Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatla bağlı fikirlərinə yer verilib.

"Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylər önəmlidir", -deyə Azərbaycan lideri videomaterialda qeyd edib.

Süjetdə həmçinin vurğulanıb ki, Azərbaycan ilk dəfə olaraq TDT dövlət başçılarının qeyri-rəsmi görüşünü Şuşada təşkil edib:

"Görüşün işğaldan azad olunmuş Şuşada keçirilməsi TDT ölkələrinin həmrəyliyinin simvolu oldu. Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqdan sonra bölgə üzrə əməkdaşlığın yeni mərhələsi təsdiqləndi".

Eyni zamanda, ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə də diqqət çəkilib.

Qeyd edək ki, mayın 15-də Qazaxıstanın ev sahibliyi ilə Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunda qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM