satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi Londonun şimalındakı Qolders Qrin bölgəsində baş verən bıçaqlanma hadisəsindən sonra “ciddi” səviyyəsinə qaldırılıb.

NTV “The Independent”ə istinadla xəbər verir ki, bu səviyyə terror hücumunun yüksək dərəcədə mümkün olduğunu ifadə edir. Qərar Birgə Terror Təhlili Mərkəzi tərəfindən elan olunub. Bu qurum Böyük Britaniyanın daxili təhlükəsizlik və əks-kəşfiyyat xidməti olan MI5 daxilində fəaliyyət göstərsə də, təhlükə qiymətləndirmələrini müstəqil şəkildə aparır. Qeyd edək ki, bundan əvvəl terror təhlükəsi səviyyəsi “əhəmiyyətli” idi və bu, hücum ehtimalının mümkün olduğu anlamına gəlirdi.

Daxili işlər naziri Şabana Mahmud bildirib ki, təhlükə səviyyəsinin artırılması mövcud risklərin ciddi olduğunu göstərir. Məlumata görə, Qolders Qrində baş verən hücum zamanı iki yəhudi kişi bıçaqlanıb. Hadisə ilə əlaqədar saxlanılan 45 yaşlı şübhəlinin Essa Süleyman olduğu açıqlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM