satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan Çexiya ilə əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir

Özbəkistan Çexiya ilə əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir

Çexiyanın Baş naziri Azərbaycana səfərinin ardından Özbəkistanda da danışıqlar aparıb.

NTV rəsmi UZA informasiya agentliyinə istinadla xəbər verir ki, Daşkənddə keçirilən danışıqlardan sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çexiya Baş naziri Andrey Babiş hərtərəfli əməkdaşlığın inkişafına dair Birgə Bəyannamə imzalayıblar.

İqtisadi, sənaye, elmi və elmi, texnoloji-innovativ əməkdaşlıq, diplomatik təlim; metrologiya laboratoriyasının yaradılması üçün birgə layihələndirmə və dəstək, metrologiya, geologiya sahəsində əməkdaşlıq və elektrik qatarlarının təchizatı üzrə ikitərəfli müqavilələrin imzalanma mərasimi keçirilib.

İki ölkənin liderləri qeyd ediblər ki, son ildə Özbəkistanla Çexiya arasında əmtəə dövriyyəsi ikiqat artıb. Daşkənddə və digər şəhərlərdə çex kapitalı ilə 37 birgə müəssisə fəaliyyət göstərir. Qarşılıqlı ticarət həcminin artırılmasına xüsusi diqqət yetirilir. Məqsəd, məhsul çeşidini genişləndirməklə yanaşı, ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır. Qarşılıqlı ticarəti stimullaşdırmaq üçün Çexiyada ilk Özbəkistan sertifikatlaşdırma ofisi yaradılır, çex tərəfdaşları ilə birlikdə Avro-6 nəqliyyat vasitələrinin və kvant standartı sertifikatlaşdırılması üçün müasir laboratoriya qurulur. Çexiyanın aparıcı şirkətləri ilə Texnoloji Əməkdaşlıq Proqramının hazırlanması, o cümlədən maşınqayırma, yaşıl enerji, geologiya, vacib xammal, kimya, əczaçılıq və digər sahələrdə layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib. İnfrastrukturun, “ağıllı şəhərlər”in inkişafı, mühəndislik və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivləri də qeyd olunub. Tərəflər Praqa-Daşkənd birbaşa aviareysinin bərpası, ali təhsil diplomlarının qarşılıqlı tanınması, həmçinin beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Andrey Babiş və Şavkat Mirziyoyev Daşkənddəki Fəxri qonaqlar xiyabanında ağac əkiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM