“Ford Motor Company” ABŞ hökuməti ilə hərbi sifarişlərlə bağlı danışıqlar aparır.
NTV xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Jim Farley deyib.Hazırda müdafiə sahəsinə aid layihələr üzrə ilkin müzakirələrin getdiyini bildirən Jim Farley detalları açıqlamayıb.
“The Wall Street Journal” nəşrinin yazdığına görə, ABŞ hökuməti “Ford Motor Company” və “General Motors” kimi istehsalçıları müdafiə sənayesinə daha çox cəlb etməyi planlaşdırır. Pentaqon onların istehsal güclərindən istifadə etməklə sursat ehtiyatlarını artırmaq niyyətindədir.
Qeyd edək ki, ötən rübdə “Ford” şirkətinin gəlirləri 6 faiz artıraraq 43,3 milyard dollara, xalis mənfəəti isə 2,5 milyard dollara çatdırıb.
