Fransada inflyasiya mart ayında 1,7 faiz olub, apreldə isə 2,2 faizə yüksəlib. Əsas səbəb enerji qiymətlərinin sürətlə artmasıdır.
NTV xəbər verir ki, ölkədə enerji məhsulları illik 14,2 faiz bahalaşıb. Eyni zamanda, daxili tələbat zəifləyib, əhali istehlakı azalıb və ÜDM birinci rübdə sabit qalıb. İxrac 3,8 faiz, idxal isə 1,7 faiz azalıb, tikinti və enerji sektorunda istehsal zəifləyib.
Sənaye istehsalı 0,7 faiz artaraq bərpa yolundadır, lakin iqtisadçılar iqtisadi artımın bərpasına dair hələ ehtiyatlıdırlar. Fransa Mərkəzi Bankı birinci rüb üçün 0,3 faiz artım proqnozlaşdırsa da, Milli Statistika və iqtisadi araşdırma institutu (Insee) artıq 0,2 faizlik artımı açıqlayıb.
Qeyd edək ki, enerji böhranı, dayanmış iqtisadi artım və yüksələn inflyasiya Fransada narahatlıq doğurur.
