ABŞ və İran nümayəndələri çox güman ki, bu həftəsonu görüşəcəklər.
NTV-nin məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.
"İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftəsonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik", - deyə o bildirib.
Daha əvvəl “Axios” mənbəyə istinadən müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazıb.
