Hindistanlı milyarder Qautam Adani 92,6 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı adamı olub.
NTV xəbər verir ki, “Bloomberg” agentliyinin reytinqinə görə, Adani həm də dünyanın ən varlı 19-cu insanıdır. 90,8 milyard dollar sərvəti ilə qitənin milyarderlər siyahısında uzun müddət birinci yeri tutan hindistanlı sahibkar Mukeş Ambani ikinci pilləyə enib.
2026-cı ildə fond bazarındakı qiymətlərin kəskin dəyişməsi fonunda konqlomerat “Adani Group”un aktivləri 8,1 milyard dollar artıb, Ambaninin “Reliance Industries” konserni isə 16,9 milyard dollar itirib.
Dəyişkən dinamika dünən Mumbay fond birjasında keçirilən ticarət əməliyyatlarında da müşahidə olunub. “Adani Group”un səhmləri yenidən kəskin şəkildə bahalaşıb. Beləliklə, Qautam Adaninin sərvəti bir gündə 3,6 milyard dollar artırıb.
