Çərşənbə günü Çinin mərkəzi hissəsində yerləşən Hubey vilayətində fişəng mağazasında baş verən partlayış nəticəsində on iki nəfər ölüb. Bu hadisə qonşu Tszyansu vilayətində analoji insident nəticəsində səkkiz nəfərin həlak olmasından cəmi bir neçə gün sonra baş verib.
NTV “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, məlumata görə, partlayışdan sonra baş verən yanğın bütün obyektə yayılıb və bir saat ərzində söndürülüb. Yanğının səbəblərinin araşdırılması davam edir.
Ənənəvi olaraq, Çində Ay təqvimi üzrə Yeni il bayramı zamanı fişəng və petardalar buraxılır. Hesab olunur ki, bu, firavanlıq və uğur cəlb etməyin, həmçinin pis ruhları qorxutmağın bir yoludur.
Bununla belə, uzun illər ərzində bir çox vilayət və şəhərlər havanın keyfiyyəti və təhlükəsizliklə bağlı problemlərə görə məhdudiyyətlər, hətta ümumi qadağalar tətbiq edib. Buna baxmayaraq, son illərdə şəhərlərin bir çoxunda nəzarət olunan idarəetmə səbəbindən qadağaları ləğv edib.
Çinin Fövqəladə Hallar Nazirliyi bütün regionları Tszyansu vilayətində baş verən partlayışdan dərs çıxarmağa və pirotexniki sənaye üzərində nəzarəti gücləndirməyə çağırıb.
