satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan Ukraynaya dizel yanacağı ixracına qadağa qoyub

Macarıstan Ukraynaya dizel yanacağı ixracına qadağa qoyub

Macarıstan Ukraynaya dizel yanacağı ixracına qadağa qoyub və "Drujba" magistral kəməri ilə neft tədarükü bərpa olunana qədər ixracı bərpa etməyi planlaşdırmır.

NTV Macarıstan KİV-ə istinadən xəbər verir ki, belə bəyanatla respublikanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto çıxış edib.

Siyarto bildirib ki, tədarükün dayandırılması "Drujba" neft kəməri ilə tranzitin dayandırılmasının birbaşa nəticəsidir.

O vurğulayıb ki, enerji daşıyıcılarının tədarükü ilə bağlı vəziyyət Macarıstanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyətini saxlayır.

Xəbər verildiyi kimi, Aİ Rusiya neftinin Slovakiya və Macarıstana tranzitinin bərpası üçün Ukraynadan "Drujba" neft kəmərinin işini bərpa etməyi tələb edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM