satellite   Azerspace-1: 11135 H 30000

NATO Baltik dənizində hərbi təlimə start verib

NATO Baltik dənizində hərbi təlimə start verib

NATO Baltik dənizinin Almaniyanın Şlezviq-Holştayn əyalətindəki sahilində ilin ən böyük hərbi təliminə başlayıb.

NTV “Bild” qəzetinə istinadla xəbər verir ki, “Steadfast Dart 26” amfibiya desant əməliyyatı çərçivəsində Alyansın Müttəfiq Reaksiya Qüvvələrinin bir hissəsi Fehmarn adası yaxınlığında sahilə çıxarılıb. Amfibiya desant əməliyyatına 15 gəmi və 2600 hərbçi cəlb olunub.

Almaniyanın müdafiə naziri Boris Pistorius da təlimin gedişini müşahidə edib.

“Steadfast Dart 26” əməliyyatında ümumilikdə 13 ölkədən təxminən 10 min hərbçi, 1500-dən çox texnika və 17 gəmi iştirak edir. Ən böyük kontingentlər Türkiyə, İspaniya, İtaliya və Yunanıstandan qoşulub.

Məqsəd Avropanın cənub ölkələrinin qoşunlarının NATO-nun şərq cinahına doğru sürətlə yerləşdirilməsini məşq etdirməkdir. Təlimin diqqətçəkən xüsusiyyəti Amerika Birləşmiş Ştatlarının birbaşa iştirakı olmadan keçirilməsidir.

NATO-nun Müttəfiq Reaksiya Qüvvələri fövqəladə vəziyyət zamanı, məsələn, NATO-ya xaricdən hücum olarsa və ya humanitar fəlakət baş verərsə, on gün ərzində 40 min hərbçini əməliyyata cəlb etməyi hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM