satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın Trapani sahillərində daha bir miqrantın cəsədi tapılıb

İtaliyanın Trapani sahillərində daha bir miqrantın cəsədi tapılıb

İtaliyanın Trapani şəhəri sahillərindən daha bir miqrantın cəsədi çıxarılıb.

NTV İtaliyanın “Adnkronos” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyata sahil mühafizəsi əməkdaşları da cəlb olunub. İlkin araşdırmada cəsədin miqranta aid olduğu qeyd edilib.

Son günlər oxşar hadisələr İtaliyanın Marsala və Pantelleria sahillərində də qeydə alınıb.

Xatırladaq ki, “Mediterranea Saving Humans” təşkilatı “Harri” siklonu zamanı Mərkəzi Aralıq dənizində yüzlərlə insanın itdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM