satellite   Azerspace-1: 11135 H 30000

Trampın Yaxın Şərq səfəri zamanı Qəzzada 237 fələstinli həlak olub

Trampın Yaxın Şərq səfəri zamanı Qəzzada 237 fələstinli həlak olub

ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri zamanı İsrailin Qəzza zolağına təşkil etdiyi hərbi hücumlarda 237 fələstinli həlak olub.

NTV yerli mətbuata istinadən xəbər verir ki, İsrail ordusu Donald Trampın bölgəyə səfərinin başlaması ilə Qəzzaya hava hücumlarını gücləndirib.

Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) əhatə edən regional turu zamanı baş verən hücumlarda həlak olan fələstinlilərin sayı 237-yə çatıb.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 53 min 10, yaralıların sayı isə 119 min 998-ə yüksəlib.

İsrailin yardımların gəlməsinə mane olması səbəbindən Qəzzada aclıq hökm sürür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM