İranın destruktiv deyil, sülh və firəvanlıq yolunu seçəcəyinə ümid edirəm.
NTV-nin nməlumatına görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “FoxNews”a müsahibəsində deyib.
Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana çiçəklənən və sülhsevər ölkə olmaq imkanını tanıyıb və o, Tehranın bu təklifi qəbul edəcəyinə ümid edir.
“Prezident deyir ki, indiki vəziyyət əbədi sürməyəcək. O, bununla nə vaxtsa daha çox təzyiqə və digər variantlara əl atıla biləcəyini nəzərdə tutur, çünki İranın nüvə silahı ola bilməz”, - Rubio əlavə edib.
