satellite   Azerspace-1: 11135 H 30000

İsrail “HƏMAS”a yeni barışıq planı təqdim edib

İsrail “HƏMAS”a yeni barışıq planı təqdim edib

İsrail vasitəçi qismində çıxış edən Misir dövlətinin köməyi ilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağından girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Sinxua” agentliyi adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazıb.

Belə ki, İsrailin planı Fələstin hərəkatının ilk mərhələdə 11 girovu azad edəcəyini və 16 ölünün cəsədini təhvil verəcəyini, ardınca isə 40 gün müddətinə barışıq əldə edəcəyini nəzərdə tutur.

HƏMAS daha sonra bütün qalan girovları azad etməli olacaq. Mənbələr bildiriblər ki, ABŞ İsrailin bu təklifini dəstəkləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM