Abdulkadir Uraloğlu: "BTQ dəmir yolu xətti ilə 1,47 milyon ton yük daşınıb"

Abdulkadir Uraloğlu: "BTQ dəmir yolu xətti ilə 1,47 milyon ton yük daşınıb"

Bu günə Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu Xətti vasitəsilə 1,47 milyon ton yük daşınıb.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, hətta bu rəqəm xəttin region üçün nə qədər vacib olduğunu göstərir.

“Bir Yol, Bir Kəmər” təşəbbüsünün tərkib hissəsi olan BTQ mayın 20-də Gürcüstan Dəmir Yolları tərəfindən Marabda-Ahıllek hissəsində təmir işləri başa çatdıqdan sonra yenidən istifadəyə verilib.

Bu xəttin yenidən istifadəyə verilməsindən sonra 440 ton “soda külü” yükü ilə ilk qatar Azərbaycana yola düşüb, Azərbaycandan Türkiyənin Adana şəhərinə "plastik xammal" ilə ilk qatar bu gün təyinat nöqtəsinə çatıb.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdi. Ümumi uzunluğu 757 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 429 kilometri Azərbaycan, 220 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə sərhədləri daxilindədir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM