Ukraynalı idmançılar dopinqə görə 42 aylıq diskvalifikasiya ediliblər

Ukraynalı idmançılar dopinqə görə 42 aylıq diskvalifikasiya ediliblər

Ukraynalı ağır atletlər Boqdan Tarasenko və Ruslan Kojakin antidopinq qaydalarını pozduqlarına görə 42 aylıq diskvalifikasiya ediliblər.

NUHÇIXAN Beynəlxalq Dopinq-Test Agentliyinin (İTA) mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançıların orqanizmində trimetazidin aşkar edilib.

Diskvalifikasiya müddəti 2022-ci ilin oktyabrından hesablanıb və 2026-cı il iyunun 1-də başa çatacaq.

Qeyd edək ki, daha əvvəl rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva trimetazidin istifadə etdiyinə görə 4 il müddətinə idmandan uzaqlaşdırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM